AZ

Nazir: "ABŞ Çinin suverenliyi məsələləri ilə bağlı qırmızı xətlərini pozmamalıdır"

"Amerika Birləşmiş Ştatları Çinin suverenliyi və təhlükəsizliyi ilə bağlı qırmızı xətlərini pozmamalıdır". Bizimyol.info xəbər verir ki, bunu Pekində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə Çinin xarici işlər naziri Vanq Yi deyib. “Birləşmiş Ştatlar Çinin daxili işlərinə qarışmamalı, Çinin inkişafını boğmamalı və Çinin suverenliyi, təhlükəsizliyi, həmçinin iqtisadi-siyasi maraqlarına gəldikdə qırmızı xətləri keçməməlidir”, - deyə Çin Mərkəzi Televiziyası Vanq Yinin sözlərinə istinadən məlumat verib. O: “Çin hər zaman Çin prezidenti Si Cinpinq tərəfindən irəli sürülən qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı gəlir əldə etməkdə əməkdaşlıq prinsiplərinə sadiq qalıb və Çin-ABŞ münasibətlərinin sabit, sağlam, eləcə də davamlı inkişafını təşviq etməyə sadiqdir”, - deyə qeyd edib. Blinken Çinə işgüzar səfər edib, o aprelin 24-də Şanxaya gedib. Amerika diplomatiyasının rəhbəri aprelin 26-dək Çində olacaq. Bu, Blinkenin ABŞ dövlət katibi olduğu müddətdə Çinə ikinci səfəridir. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
14
Mənbələr
Şərh ()
Bağla