AZ

Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO

Ermənistanın Tavuş vilayətinin sakinləri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə razılaşmaya etiraz əlaməti olaraq İrəvan-Sevan yolunun Razdan rayonu ərazisindən keçən hissəsini bağlayıb.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, onlara parlamentin “Ermənistan” blokundan olan deputatları Artur Xaçatryan və Arman Kazaryan da qoşulub.

Bir qədər sonra etirazçılarla polis arasında mübahisə yaranıb. Bir neçə nəfər saxlanılaraq, yaxınlıqdakı polis bölməsinə aparılıb.

© APA | VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
4
Mənbələr
Şərh ()
Bağla