AZ

Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO

Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası üzrə razılaşmaya etiraz əlaməti olaraq bir qrup şəxs İrəvan-Sevan yolunun Razdan rayonu ərazisindən keçən hissəsini bağlayıb.APA-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, onlara parlamentin “Ermənistan” blokundan olan deputatları Artur Xaçatryan və Arman Kazaryan da qoşulub.Bir qədər sonra etirazçılarla polis arasında mübahisə yaranıb. Bir neçə nəfər saxlanılaraq yaxınlıqdakı polis bölməsinə aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
4
Mənbələr
Şərh ()
Bağla