AZ

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb -FOTO

Aprelin 26-da Heydər Əliyev Fondunda Türkiyənin Sıfır Atık Fondu ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki,  Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr haqqında danışıb.

2004-cü il mayın 10-da yaradılan və bu il fəaliyyətinin 20 ili tamam olan Heydər Əliyev Fondunun prioritet sahələrindən birinin ətraf mühitin qorunması üzrə layihələr olduğunu bildirən Anar Ələkbərov Fondun bu istiqamətdə reallaşdırdığı və nəzərdə tutulan tədbirlərini diqqətə çatdırıb.

Görüşdə bu il Azərbaycanın COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcəyi, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulduğu, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizi  “Yaşıl enerji” zona elan etdiyi, həmin ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsinin planlaşdırıldığı bildirilib. Qeyd edilib ki,  Heydər Əliyev Fondu ətraf mühitin qorunması istiqamətindəki layhələri ilə ölkəmizdə bu sahədə reallaşdırılan işlərə önəmli dəstək verir.

Türkiyə Respublikasının Birinci xanımı Әminə Әrdoğanın təşəbbüsü ilə yaradılan Sıfır Atık Fondunun Qəyyumlar Şurasının sədri Samed Ağırbaş və Fondun Qəyyumlar Şurası sədrinin köməkçisi Gökhan Cangi təmsil etdikləri qurumun əsas məqsədinin ətraf mühitin, insan sağlamlığının qorunması olduğunu bildiriblər, tullantı sularının təkrar istifadəsi və təkrar emalının təşviqi kimi məsələlərə xüsusi önəm verdiklərini və bu istiqamətdə həyata keçirilən layihələri qeyd ediblər.

Görüşdə Heydər Əliyev Fondu ilə Sıfır Atık Fondu arasında COP29 çərçivəsində, eyni zamanda ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı, mədəni mübadilənin təşviqi və mədəni irsin qorunması sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18612
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12999
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10316
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4681
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4370
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3463
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3263
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2757
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2434
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2182
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1664
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1156
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1040
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1029
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1005
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1000
Mayın ilk gününün havası açıqlanıb
924
Arda dubl etdi - VİDEO
817
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
813