AZ

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Aprelin 26-da Heydər Əliyev Fondunda Türkiyənin Sıfır Atık Fondu ilə görüş keçirilib.

APA xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr haqqında danışıb.

2004-cü il mayın 10-da yaradılan və bu il fəaliyyətinin 20 ili tamam olan Heydər Əliyev Fondunun prioritet sahələrindən birinin ətraf mühitin qorunması üzrə layihələr olduğunu bildirən Anar Ələkbərov Fondun bu istiqamətdə reallaşdırdığı və nəzərdə tutulan tədbirlərini diqqətə çatdırıb.

Görüşdə bu il Azərbaycanın COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcəyi, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulduğu, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizi “Yaşıl enerji” zona elan etdiyi, həmin ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsinin planlaşdırıldığı bildirilib. Qeyd edilib ki, Heydər Əliyev Fondu ətraf mühitin qorunması istiqamətindəki layihələri ilə ölkəmizdə bu sahədə reallaşdırılan işlərə önəmli dəstək verir.

Türkiyə Respublikasının Birinci xanımı Әminə Әrdoğanın təşəbbüsü ilə yaradılan Sıfır Atık Fondunun Qəyyumlar Şurasının sədri Samed Ağırbaş və Fondun Qəyyumlar Şurası sədrinin köməkçisi Gökhan Cangi təmsil etdikləri qurumun əsas məqsədinin ətraf mühitin, insan sağlamlığının qorunması olduğunu bildiriblər, tullantı sularının təkrar istifadəsi və təkrar emalının təşviqi kimi məsələlərə xüsusi önəm verdiklərini və bu istiqamətdə həyata keçirilən layihələri qeyd ediblər.

Görüşdə Heydər Əliyev Fondu ilə Sıfır Atık Fondu arasında COP29 çərçivəsində, eyni zamanda ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı, mədəni mübadilənin təşviqi və mədəni irsin qorunması sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Heydər Heydər

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23360
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16215
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14560
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
11585
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11452
Helikopterin qalıqları tapılıb
9913
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7245
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5434
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5332
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5328
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4097
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3651
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2909
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2169
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1821
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1724
Azərbaycan nefti ucuzlaşdı
1708