- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
"Real"ın futbolçusu Arda Güler ilk dəfə La Liqada Madrid təmsilçisinin start heyətində meydana çıxıb.
QOL.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi 33-cü turda "Real Sosyedad"la matçında iştirak edib. O, 29-cu dəqiqədə fərqlənərək hesabı açıb.
Bu, Ardanın "Real"da 2-ci qoludur.
Arda Güler ötən ilin yayında "Fənərbaxça"dan "Real"a keçib. O, aldığı ardıcıl zədələr səbəbindən yalnız bu qış komandada debüt edə bilib. Futbolçu komandada cəmi 8 oyun keçirib. Güler bu görüşlərin əksəriyyətində ehtiyatdan meydana çıxıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.