- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
“Real”ın futbolçusu Arda Gülər ilk dəfə La Liqada Madrid təmsilçisinin start heyətində meydana çıxıb.
“Qafqazinfo” xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi 33-cü turda “Real Sosyedad”la matçında iştirak edib.
O, 29-cu dəqiqədə fərqlənərək hesabı açıb.
Bu, Ardanın “Real”da 2-ci qoludur.
Xatırladaq ki, Gülər 2023-cü ilin yayında “Fənərbaxça”dan “Real” Madridə keçib. Futbolçu aldığı ardıcıl zədələr səbəbindən yalnız bu qış komandada debüt edə bilib. Futbolçu komandada cəmi 8 oyun keçirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.