AZ

Samir Abasov Xavi ilə görüşdü - Şəkillər

style='margin-bottom:10px;'>

"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun "Barselona"da təcrübə proqramı davam edir. 

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gün komandanın məşqini izləyən mütəxəssis Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Hernandezlə görüşüb.

Komandanın hazırlıq proqramı ilə maraqlanan Samir Abasov həmkarı ilə müxtəlif mövzularda fikir mübadiləsi aparıb. 

Görüşdə "Barselona"nın vitse-prezidenti Rafael Yuste Abel də iştirak edib. 

Qeyd edək ki, bir neçə gündür "Barselona"nın düşərgəsində olan mütəxəssisin səfəri bu gün başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
7
Mənbələr
Şərh ()
Bağla