AZ

Azərbaycanlı "Barselona"nın baş məşqçisi ilə görüşdü - FOTOLAR

"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun "Barselona"da təcrübə proqramı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün əsas komandanın məşqini izləyən mütəxəssis Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Hernandezlə görüşüb.

Komandanın hazırlıq proqramı ilə maraqlanan Samir Abasov həmkarı ilə müxtəlif mövzularda fikir mübadiləsi aparıb.

Görüşdə "Barselona"nın birinci vitse-prezidenti Rafael Yuste İ Abel də iştirak edib.

Bir neçə gündür "Barselona"nın düşərgəsində olan mütəxəssisin səfəri sabah başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
7
Mənbələr
Şərh ()
Bağla