AZ

İstanbul Hava Limanı Avropada birinci oldu

İstanbul Hava Limanı 15-21 aprel tarixləri arasında Avropanın ən işlək hava limanı olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatı dərc olunub.

Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1 424 uçuş həyata keçirərək Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul hava limanını gündə 1 314 uçuşla Amsterdam Schiphol, 1 306 reyslə London Hitrou hava limanı izləyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
1
Mənbələr
Şərh ()
Bağla