AZ

İstanbul hava limanı Avropada birinci oldu

İstanbul Hava Limanı 15-21 aprel tarixləri arasında Avropanın ən işlək hava limanı olub.

Axar.az xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatı dərc olunub.

Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1 424 uçuş həyata keçirərək Avropanın ən işlək hava limanları arasında birinci olub.

1314 uçuşla Amsterdamın “Schiphol” və 1 306 reyslə Londonun “Hitrou” hava limanı 2 və 3-cü yerləri tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
10
Mənbələr
Şərh ()
Bağla