AZ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzulişəhərinə növbəti köç karvanı yola salınıb.

Trend xəbər verirki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya,pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalardamüvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanıaprelin 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bumərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsindəməcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlədoğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdanFüzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarınagörə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehribanxanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızıişğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər vəzabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarındankeçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 822 ailənin, yəni 3 132nəfərin daimi məskunlaşması təmin edilib.

Füzuli
Füzuli
Füzuli
Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
15
Mənbələr
Şərh ()
Bağla