AZ

"AzNar" QSC səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK

14 iyun 2024-cü il saat 12.00-da Teymur Əhmədov adına "AzNar" QSC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda baş tutacaq

Növbəti illik ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib.

1. "AzNar" QSC-nin 2023-cü il üçün illik maliyyə hesabatlarının müzakirəsi.

2. "AzNar" QSC-nin 2023-cü maliyyə-təsərrüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi.

3. "AzNar" QSC-nin restrukturizasiyası və yeni törəmə cəmiyyətlərinin, təsərrüfat subyektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlərin müzakirəsi.

Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihəsinə aid təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda yerləşən cəmiyyətin inzibati binasında tanış olmaq hüququna malikdirlər.

Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiqləyən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidir.

Əlaqə telefonu – +994 2027) 4-05-17. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
215
3
Mənbələr
Şərh ()
Bağla