AZ

Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının nəzərinə!

14 iyun 2024-cü il saat 12.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Teymur Əhmədov adına “AzNar” QSC səhm­darlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Növbəti illik ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir:
1. “AzNar” QSC-nin 2023-cü il üçün illik (maliyyə) hesabatlarının müzakirəsi.
2. “AzNar” QSC-nin 2023-cü maliyyə-təsərrüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi.
3. “AzNar” QSC-nin restrukturizasiyası və yeni törəmə cəmiyyət­lərinin, təsərrüfat subyektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlərin müzakirəsi.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümu­mi yığıncağın çağırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihə­sinə aid təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda yer­ləşən cəmiyyətin inzibati binasında tanış olmaq hüququna malikdirlər.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiqləyən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nü­mayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidir.
Əlaqə telefonu – (+9942027) 4-05-17.
Ünvan – AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
3
Mənbələr
Şərh ()
Bağla