AZ

Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO

Uşaqlıq dövründən yeniyetməlik dövrünə keçidin əsas xüsusiyyəti: uşaqların özlərini ağıllı hesab etməsi, valideynlərlə dil tapmamasıdır. Bu isə valideyn və uşaq münasibətinin pozulmasına gətirib çıxarır.

Bəs yeniyetmələrdə aqressiya nədən yaranır və səbəbləri nələrdir? Valideynlər bu dövrdə necə davranmalıdırlar?

Psixoloq Fidan Azərqızı valideynlərin yeniyetməlik dövründə övladlarını tanıya bilmədiklərini deyib.

“Yeniyetmələr nə uşaq, nə də yetkin sayılırlar. İki yaş dövrünün ortasında olan bir dövrdür, onlar özlərini necə aparacaqlarına qərar verə bilmirlər, təbii ki, fizioloji proseslərində dəyişiliklərin də rolu var, bunun üçün də aqressiv olurlar. Valideynlər çalışmalıdırlar ki, övladlarını digər yeniyetmələrlə müqayisə etməsinlər. Yeniyetmə dövründə uşaqlara şəxsiyyət kimi yanaşılmalıdır”, - deyə, psixoloq qeyd edib.

Daha ətraflı ATV-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
3
Mənbələr
Şərh ()
Bağla