AZ

Elektron siqaret istifadəçilərinin bədənində görün hansıölümcül maddələr tapıldı

Araşdırma nəticəsində elektron siqaretlərin səbəb olduğu daha bir təhlükə üzə çıxıb.

Medicina.az bildirir ki, elektron siqaretlərin az qala adi siqaretlər qədər zərərli olduğu, onların tənəffüs yolu xəstəliklərinə gətirib çıxardığı, eləcə də nikotin asılılığı yaratdığı bir müddətdir hamıya məlumdur.

Ancaq əvvəlki məlumatlara əsaslanan yeni bir araşdırma, yeniyetmələr arasında sürətlə populyarlaşan elektron siqaretlərin onları zəhərli metallara məruz qoyduğu məlum olub. Elektron siqaret çəkməyin qurğuşun və urana məruz qalma riskini artırdığı, gənclərdə başda beyin olmaqla orqan inkişafına zərər verdiyi anlaşılıb.
“Bu araşdırma sidikdə metalların (kadmium, qurğuşun və uran) səviyyəsinin elektron siqaretdən istifadə sıxlığı ilə əlaqəsini və siqaretin növlərinə görə nə qədər fərqləndiyini anlamaq üçün aparılıb”, - deyəaraşdırmanın baş müəllifi Dr. Hanyinq Deyzi Day bildirib.

Araşdırmanın nəticələri “Tobacco Control” jurnalında dərc olunub.

Tədqiqatçılar ayın 6-19 günündə fasilələrlə elektron siqaret çəkən yeniyetmələrin sidiyindəki qurğuşun səviyyəsinin ayda cəmi 1-5 gün istifadə edənlərə nisbətən 40% daha yüksək olduğunu müəyyən ediblər. 20 gün və ya daha çox elektron siqaret çəkənlərdə isə səviyyələr 30% daha yüksək olub. Tədqiqatda 200 gənc iştirak edib.

Nebraska Universitetinin Tibb Mərkəzinin Biostatistika şöbəsində çalışan Dr. Hanyinq şirin ləzzətlərə üstünlük verən elektron siqaret istifadəçilərinin analizlərində uran səviyyəsinin nanə dadına üstünlük verənlərə nisbətən daha yüksək olduğunu söyləyib.

Həkim qeyd edib ki, metallara az miqdarda belə olsa, xroniki şəkildə məruz qalmaq ürək-damar sisteminə, böyrəyə, koqnitiv və psixiatrik funksiyalara təsir edərək sağlamlığa ciddi zərər vurur.


Aysel



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
21
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8339
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5356
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5172
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4930
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4733
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3838
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3115
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2877
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2815
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2778
Sabah 20 dərəcə isti olacaq
2716
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2307
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2282
Röyanın biabırçı videosu yayıldı
2262
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2116
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2098
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1911
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
1795
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1712
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1689