AZ

"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı

Azərbaycan Dövlət Film Fondunda xalq artisti, kinorejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı ölkə kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub.

Publika.az xəbər verir ki, aşkar olunmuş fotosənəd 1945-ci ildə Bakı Kino Studiyasında lentə alınmış “Arşın mal alan” bədii filminə aiddir.

Bu günə qədər heç bir kino tədqiqatında istifadə olunmayan bu fotoşəkil bərpa olunmuş formada dövlət film fondunun rəsmi saytı və sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim olunub.

Daha ətraflı AzTV-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
4
Mənbələr
Şərh ()
Bağla