AZ

“Arşın mal alan”ın çəkilişindən nadir görüntülər - VİDEO

Azərbaycan Dövlət Film Fondunda xalq artisti, kino-rejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, AzTV-də yayımlanan "Telesəhər" verilişindəki süjetdə aşkar olunan fotosənədin 1945-ci ildə lentə alınan "Arşın mal alan" bədii filminə aid olduğu qeyd edilib.

Nadir materiallar fotoqraf-rəssam Pərviz Quliyevin arxivindən tapılıb.

Əməkdar incəsənət xadimi Cəmil Quliyev fotonun ilk dəfə nümayiş oldunduğunu bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
8
Mənbələr
Şərh ()
Bağla