AZ

Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO

Nəfəs ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Məmmədli "Mirinin dibçəyi" verilişində aldığı ilk evindən söz açıb.
 
Moderator.az bizim.media-ya istinadla xəbər verir ki, o, illərlə kirayədə qaldığını deyərək ən böyük arzusunun 5 otaqlı mənzil olduğunu bildirib:
 
"Uzun müddət ailəmlə kirayələrdə qaldım. Ev almaq istəyirdim. Bu sənətə yenicə başlayanda o qədər də pul qazanmırdım. Pulumu üst-üstə yığan qız idim. Öz ayaqlarım üzərində durmaq istəyirdim.
 
Zamanla yığdığım o pullarla özümə kiçik bir ev aldım. O ev isə mənim üçün çox uğurlu oldu. Mənim üçün ən bahalı evdir. Çünki orada ailəmlə, uşaqlarımla birgə yaşayıram. Onlar gözümün önündədirlər. İnşallah, nə vaxtsa böyük evim də olar.
 
Çox istəyirəm ki, 5 otaqlı evim olsun və orada hər bir ailə üzvümün ayrıca otağı olsun. Uşaqlarımın, anamın, bacı-qardaşlarımın". 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
50
Mənbələr
Şərh ()
Bağla