AZ

Bu yayın qəribə trendi: Məşhurlar bu ayaqqabılara dəli olurlar

Yaz-yayın gəlişi ilə balet və meş qarışığı olan yeni ayaqqabı növü məşhurlar arasında getdikcə populyarlaşır.

 

Sfera.az bildirir ki, meş dabanlı ayaqqabılar keçən ildən bəri podiumlara təqdim edilsə də, bu yaz inanılmaz dərəcədə populyarlaşıb.

 

İdman tərzindən loaferlərə qədər müxtəlif üslublarda ayaqqabılar satan “Khaite” və “ALAÏA” da daxil olmaqla bir sıra brendlər 2023-cü ilin ikinci yarısından etibarən belə ayaqqabılar 750 dollardan başlayan qiymətlə satışa çıxarılıb. Yeni trend ayaq barmaqlarını və ayağın qalan hissəsini tamamilə açıq qoyur.

 

Son bir neçə ay ərzində bu tendensiya həm məşhurlar, həm də adi insanlar arasında çox yayılıb. Ən məşhur moda nəşri “Vogue” bu stili "yazın ən isti ayaqqabısı" elan edib. Məsələn, Dua Lipa, Sofia Richie, Jennifer Lawrence və Dakota Johnson “ALAÏA”nın həmişə məşhur olan 890 dollarlıq qara hörgü ayaqqabılarını geyinərkən görüntülənib.

 

Oxşar ayaqqabıları modellər Elza Hosk və Rozi Hantinqton-Uitli, həmçinin moda bloqqeri Ariel Çarnas da seçib.


Məşhurların bəziləri şəffaf meş geyinməklə yanaşı, bunu: “Ayaqqabını geyinməmişdən əvvəl mağazada verdikləri corabları xatırladırlar" - kimi şərh ediblər. 

 

Görünür, bu trend qeyri-müəyyənliyinə baxmayaraq, hələ çox davam edəcək. İndi bir çox dizaynerlər dəbli ayaqqabıların öz versiyalarını yaradırlar. Belə ki, Mary-Kate və Ashley Olsenin brendi olan “The Row” da  690 dollara tam şəffaf ayaqqabı təklif edir, “Kristofer Esber” isə 850 dollara meş ayaqqabı satır.

 
 
“Khaite” müxtəlif üslub və rənglərdə meş baletlər hazırlayır. Bəzilərinin qiymətləri 790 dollardan 1000 dollara qədər dəyişən çiçəkli tikmə və kristalları var.

 

Daha sərfəli brendlər də trendə öz twistləri ilə gəliblər. “Anthropologie” və “Free People” kimi mağazalarda satılan “Jeffrey Campbell” brendi cəmi 148 dollara göy qurşağı rəngində meş ayaqqabılar hazırlayır. “Mango” moda evi 70 dollardan aşağı qiymətə şəffaf ayaqqabıların öz versiyasına malikdir.


Məşhurların sevimlisi olan “Seavees” də öz 100 dollarlıq espadrillərini hazırlayır. Bu dublikatları Amazonda cəmi 27 dollara tapa bilərsiniz.

 

Aynil

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10693
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8159
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
4732
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1874
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1672
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1656
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1567
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1142
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
809
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
667
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
652
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
564
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
409
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
373
Arda Gülər dayanmır, yenə fərqləndi -
361
Arda dubl etdi - VİDEO
309
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
299
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
271
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
253