AZ

Deputat Vüqar İskəndərov  federasiya prezidenti SEÇİLDİ

30 aprel tarixində Bakıda Hyatt Regency otelində Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirilib.

Musavat.com xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Autizm təşkilatlarının nümayəndələri iştirak edib.

Konfransda TDAF-ın prezidenti Elnur Məmmədli hesabatla çıxış edərək digər ölkələrin nümayəndələri fəaliyyətləri barədə qısa məlumat verdilər. Konfransın gündəliyində Rusiya Federasiyasının Tatarıstan Respublikası və Türkmənistan Autizm təşkilatlarının TDAF - a üzv seçilməsi, prespektivdə olan işlər barəsində, hesabatlar, qarşılıqlı fəaliyyət protokolunun imzalanması və seçki məsələsi öz həllini tapıb.

Milli Məclisin deputatı Vüqar İskəndərov yekdilliklə Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti seçilib.

Qeyd edək ki, 1-2 may tarixlərində təşkilatın beynəlxalq sərgisi və konfransı keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
17
Mənbələr
Şərh ()
Bağla