AZ

İYİ Partiyada TARİXİ GÜN: Dərvişoğlu Akşenerdən vəzifəsini TƏHVİL ALDI

Xəbər verdiyimiz kimi, Türkiyədə müxalifətdə olan İYİ Partiyanın yeni sədri seçilib.

Musavat.com xəbər verir ki, bu gün keçirilən qurultayda Müsavat Dərvişoğlu vəzifəni Meral Akşenerdən təhvil alıb.

"Bu yolun hər addımında hörmətli başqanımızın fədakarlıqları var. Türk millətinin hüzurunda ölkəmizə verdiyi töhfələrə və partiyamızı qurduğuna görə ona təşəkkürümü bildirirəm. Bu bayrağı daha da irəli daşımağa söz verirəm", - mərasimdə çıxış edən Dərvişoğlu deyib.

Təhvil-təslim mərasimindən sonra Müsavat Dərvişoğlu və yeni partiya rəhbərliyi Anıtkabiri ziyarət edəcək.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
24
Mənbələr
Şərh ()
Bağla