AZ

Polşa hərbi xidmətdən yayınan ukraynalılara kömək etməyəcək

Polşa hakimiyyəti ölkədə hərbi xidmətdən yayınan Ukrayna vətəndaşlarına kömək etməyəcək. Varşavaya görə, onlar Ukrayna Silahlı Qüvvələrinə çağırılmaqdan orada gizlənə bilər...Poliqon xəbər verir ki, bunu "TVP World" telekanalına müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib."Biz, əlbəttə ki, hərbi xidmətdən yayınanlara kömək etmək fikrində deyilik" deyən polşalı diplomat eyni zamanda vurğulayıb ki, Varşava Polşadakı hərbi yaşda olan Ukrayna vətəndaşları ilə bağlı Kiyevin niyyətindən hələ də xəbərsizdir.Polşa Əcnəbilər İdarəsinin aprelin əvvəlinə verdiyi məlumata görə, bu ölkədə 140 min hərbi yaşda olan ukraynalı kişi qaçqın statusuna malikdir.Bundan əvvəl respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış demişdi ki, Polşa hakimiyyəti hərbi yaşda olan ukraynalıların ölkəyə qaytarılmasında Kiyevə yardım etməyə hazırdır. Bununla belə, o, aydınlaşdırıb ki, Varşava bunu yalnız Avropa İttifaqı səviyyəsində müvafiq qərar qəbul ediləcəyi təqdirdə edə biləcək.Aprelin 22-də Ukrayna hakimiyyətinin xaricdə olan hərbi yaşda olan kişilərə konsulluq xidmətlərinin göstərilməsinin dayandırılması barədə qərarı məlum olub. Ertəsi gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, bu qərarı hərbi xidmətə cəlb olunan kişilərin səfərbərlikdən orada gizlənməsi diktə edib. Daha sonra Ukrayna Nazirlər Kabineti 18 yaşından 60 yaşa qədər kişilərə ölkənin xarici diplomatik qurumlarında xarici pasportların və daxili pasportların verilməyəcəyi barədə qərar qəbul edib.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
11
Mənbələr
Şərh ()
Bağla