AZ

Bu ölkədə hərbi yaşda olan kişilərin xaricə getməsi qadağan edildi

Myanmada hərbi hökumət hərbi yaşda olan kişilərə işləmək üçün ölkədən çıxmağı qadağan edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Əmək Nazirliyinin müşaviri Nyunt Vin bildirib ki, mayın 1-i çərşənbə günü qüvvəyə minən qərarla Myanmada hərbi xidmətə çağırış yaşında olan kişilərin xaricə iş məqsədi ilə getməsi qadağan edilib.

Qərarın həmin tarixdən əvvəl iş icazəsi almış insanları əhatə etməyəcəyini ifadə edən Nyunt Win, qadağanın nə vaxt qaldırılacağının şərtlərə görə müəyyən ediləcəyini bildirib: \"Mayın 1-dən biz qadınlara ancaq miqrant işçi kimi çölə çıxmağa icazə verə biləcəyik\".
 
Gülay

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
11
Mənbələr
Şərh ()
Bağla