AZ

Ukrayna Rusiyanın dörd vilayətində enerji obyektlərinə dronlarla hücum etdi

Mayın 2-nə keçən gecə Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın regionlarına hücum edərək, onların bir neçəsinin enerji infrastrukturuna ziyan vurub.
Tribunainfo.az  xəbər verir ki, bu barədə “The Moscow Times” yazır.
Smolensk vilayətində zərbə vilayətin cənub-şərqində Roslavl rayonundakı obyektə zəyib. Hadisə yerində fövqəladə hallar və hüquq-mühafizə orqanları işləyir, itki yoxdur, qubernator Vasili Anoxin bildirib.
Oryol vilayətində dronlar iki rayona – Qlazunovski və Sverdlovskiyə hücum edib. Onların zərərsizləşdirilməsi zamanı dronlar enerji infrastrukturunu zədələyib. Qubernator Andrey Klıçkov bildirib ki, elektrik təchizatı qismən kəsilib. Xəsarət alan olmayıb, təcili yardım xidmətləri hadisə yerində işləyir”, – deyə o aydınlaşdırıb.
Kursk vilayətinin cənubunda Ukraynaya məxsus təyyarə tipli pilotsuz uçuş aparatı vurulub. Oboyanski rayonunun Ponıri kəndində pilotsuz uçuş aparatının hücumu nəticəsində elektrik xətti zədələnib. Qubernator Roman Starovoyt bildirib ki, qəsəbə elektriksiz qalıb.
“Shot” teleqram kanalı yazır ki, Krasnodar diyarında yerli sakinlər neft emalı zavodunun yerləşdiyi Afipski kəndi ərazisində partlayışlar barədə məlumat veriblər. Onların məlumatına görə, dronlar zavodu vura bilməmişdən əvvəl hava hücumundan müdafiə vasitəsi ilə vurulub və ya radielektron mübarizə vasitəsi ilə yerə endirilib. Dağıntı və tələfatla bağlı rəsmi məlumat yoxdur.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, ümumilikdə hava hücumundan müdafiə sistemləri ötən gecə 12 pilotsuz uçuş aparatını məhv edib. “5-i Bryansk vilayətinin, biri Kursk vilayətinin, biri Belqorod vilayətinin, ikisi Rostov vilayətinin və üçü Krasnodar vilayətinin ərazisi üzərində vurulub”, – nazirliyin açıqlamasında bildirilir.
Qeyd edək ki, Rusiya ordusunun Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Rusiyanın bölgələri mütəmadi olaraq Ukrayna pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalır. 2024-cü ilin əvvəlindən enerji infrastrukturu obyektləri dronların hədəfinə çevrilib. Üç ay yarım ərzində Rusiyanın neft emalı zavodları və neft bazalarına ən azı 20 dəfə hücum edilib. Rusiyanın Avropa hissəsindəki bütün iri neft emalı zavodları vurulub. Ən son hücumlardan biri mayın 1-də Mərkəzi Rusiyanın ən böyük neft emalı zavodu olan Ryazan neft emalı zavoduna olub.
Sistematik PUA zərbələri nəticəsində Rusiyada neft emalı kəskin şəkildə azalıb, yanacağın birja qiymətləri kəskin qalxıb və hökumət altı ay müddətinə benzinin ixracına qadağa qoyub. Rusiya hakimiyyəti həmçinin Belarus və Qazaxıstandan əlavə yanacaq tədarükü xahiş edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23349
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16156
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14552
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11442
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
10659
Helikopterin qalıqları tapılıb
9878
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7230
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5421
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5332
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5327
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4089
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3641
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2907
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2163
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1813
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1724
Azərbaycan nefti ucuzlaşdı
1702