AZ

Millimiz Sloveniyaya yollandı

Qızıl Avropa Liqasına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyaya yola düşüb.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, komanda təlim-məşq toplanışının növbəti mərhələsini Maribor şəhərində keçəcək.

Faiq Qarayevin baş məşqçi olduğu yığma səfərə yekun heyətlə yollanıb. Milli burada bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq. Daha sonra voleybolçular Qızıl Avropa Liqasının matçları üçün Xorvatiyaya gedəcəklər.

Yığma bu turnirdə ilk oyununu mayın 17-də məhz meydan sahiblərinə qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
9
demokrat.az

10Mənbələr