AZ

Azərbaycanın millisi Sloveniyaya yollandı

Qızıl Avropa Liqasına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyaya yola düşüb.Metbuat.az xəbər verir ki, yığma təlim-məşq toplanışının növbəti mərhələsini Maribor şəhərində keçəcək.Komanda səfərə baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında yekun heyətlə yollanıb. Yığma Mariborda bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Daha sonra voleybolçular Sloveniyadan birbaşa Xorvatiyaya gedəcəklər. Millimizin Qızıl Avropa Liqasında ilk oyunu mayın 17-də məhz meydan sahiblərinə qarşı olacaq.Qeyd edək ki, yeni formatda keçiriləcək yarış üç turdan ibarətdir. Komandamızın oyunlarının ilk turu (17-19 may) Xorvatiyada, ikinci turu (24-26 may) Rumıniyada, üçüncü turu isə (31 may-2 iyun) Azərbaycanda təşkil olunacaq.Qızıl Avropa LiqasıI tur (Xorvatiya)17.05.2024 / 19:00 Azərbaycan – Xorvatiya18.05.2024 / 15:00 Slovakiya – Azərbaycan19.05.2024 / 19:00 Xorvatiya – SlovakiyaII tur (Rumıniya)24.05.2024 / 17:00 Azərbaycan – Rumıniya25.05.2024 / 17:00 İsveç – Azərbaycan26.05.2024 / 17:00 Rumıniya – İsveçIII tur (Azərbaycan, GİN-nin Voleybol Mərkəzi)31.05.2024 / 18:00 Estoniya – Azərbaycan01.06.2024 / 18:00 Avstriya – Estoniya

02.06.2024 / 17:00 Azərbaycan – Avstriya

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
5
metbuat.az

10Mənbələr