AZ

Futbol"Sevilya klubu mövsümün sonunda baş məşqçisi ilə yolları ayıracaq

İspaniyanın “Sevilya” klubu 2023/2024 mövsümünün sonunda baş məşqçi Kike Sançes Floreslə yolları ayıracaq.

“Far.Az” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 59 yaşlı ispaniyalı mütəxəssis ötən ilin dekabrından "Sevilya"nı çalışdırır.

Komanda onun rəhbərliyi altında keçirdiyi 23 oyunda 11 qələbə, 4 heç-heçə və 9 məğlubiyyətlə yadda qalıb.

Qeyd edək ki, Əndəlüs təmsilçisi hazırda 41 xalla turnir cədvəlində 12-ci yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
8
far.az

10Mənbələr