AZ

“Sevilya” baş məşqçini istefaya göndərir

İspaniyanın “Sevilya” klubu 2023/2024 mövsümünün sonunda baş məşqçi Kike Sançes Floreslə yolları ayıracaq. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir. 

59 yaşlı ispaniyalı mütəxəssis ötən ilin dekabrından “Sevilya”nı çalışdırır. Komanda onun rəhbərliyi altında keçirdiyi 23 oyunda 11 qələbə, 4 heç-heçə və 9 məğlubiyyətlə yadda qalıb. 

Əndəlüs təmsilçisi hazırda 41 xalla turnir cədvəlində 12-ci yerdədir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
8
bizim.media

10Mənbələr