AZ

25 il əvvəl terror aktından sağ çıxan bacılar "Crocus City Hall"da həlak oldular

Bakı. Trend:

"Crocus City Hall"da terror aktında həlak olan Anna və TatyanaMakarski bacılarının 25 il əvvəl terror aktından sağ çıxdıqlarıməlum olub.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Məlum olub ki, bacılar 1999-cu il 16 sentyabr tarixində Rostovvilayətinin Volqadonsk şəhərində baş verən partlayışdan sağçıxıblarmış. Həmin vaxt partlayış nəticəsində 19 nəfər həlak olmuş,89 nəfər xəsarət almışdı.

Bildirilib ki, o vaxt Annanın 17, bacısı Tatyananın isə 9 yaşıolub. Onların Qaqarin küçəsindəki evləri partlayışın episentrindən70 metr məsafədə yerləşirmiş.

Yaxınları bildirib ki, 1999-cu ildəki partlayış nəticəsindəMakarskilərin evinin bütün şüşələri sınmış, bütün ailə xəsarətalmışdı.

Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktındaölənlərin sayı 143 nəfərə çatıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətininKrasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olannaməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupununkonsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri AleksdanrBortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus CityHall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, ocümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütüntədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdəittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittihamolunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, ŞamsidinFariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasınayerləşdirilib.

Məqalədə:
Seçilən
163
46
Mənbələr
Şərh ()
Bağla