AZ

Taksi sürücülərini nə gözləyir?  - 3 ay vaxtınız qalıb

Taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiq edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidən (AYNA) Avtosfer.az-a verilən məlumata görə,  tələblərə əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər. Həmçinin taksi minik avtomobilinin daxilində aşağıdakılar olmalıdır:

- sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi;
- taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz;
- gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal.

 

Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

Beləliklə, hazırda taksi kimi istifadə olunan nəqliyyat vasitələrinə qoyulmuş tələblər qanunvericilikdə bu günədək də var idi.

Yeni tələb isə taksi minik avtomobilinin bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameraların olmasıdır.

Qeyd edək ki, taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hazırda taksi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyəti davam etdirmək istəyən şəxslərdən qısa müddətdə buraxılış vəsiqəsi və buraxılış kartı almalarını xahiş edir.

1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.

Qeyd edək ki, taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir.

Seçilən
140
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25910
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16793
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
16452
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13927
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
13117
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11346
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10850
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10573
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9989
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9302
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7121
Səidə Sultan klipi üçün lüt soyundu
7048
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6122
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5899
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5535
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5133
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4819
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4521
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4162