AZ

Simonyan anti-Rusiya çıxışlarında Paşinyanı geridə qoyur- spiker nəyi hədəfləyir?..

Image

Yeganə Hacıyeva: “Simonyanların, mirzoyanların ağzı ilə danışır, onların vasitəsilə incikliyini nümayiş etdirir, istiqamət götürdüyü yeni kursun anonsunu verir”

Ermənistan parlamentinin spikeri Alen Simonyan daim anti-Rusiya bəyanatları ilə diqqət çəkir. Bir neçə gün əvvəl Simonyan Ermənistan mediasına  açıqlamasında rus hərbçiləri ilə bağlı suala belə cavab verib:

"102-ci baza nədir, nə sərhədçilər? Qarabağda da onlar mövcud idilər. Amma nəticə nə oldu?”

Qeyd edək ki, daha əvvəl də Simonyan Rusiya sərhədçilərinin İrəvanın Zvartnots hava limanından çıxarılmalı olduqlarını qeyd etmişdi.  

O həmçinin bildirib ki, Rusiya sərhədçilərinin Zvartnots aeroportundan çıxarılması məsələsi həll olunub: “İrəvan və Moskva bunu müzakirə etmir”.

Diqqət çəkən budur ki, erməni spiker anti-Rusiya ovqatı sərgiləməkdə hakimiyyətin bütün digər üzvlərindən fərqlənir. Getdikcə də onun Rusiyaya qarşı olan münasibəti kəskinləşir. Onun hətta Paşinyanın özündən də çox anti-Rusiya mövqeyi sərgiləməsində məqsəd nə ola bilər? Bu, siyasi ideologiyaya bağlılıq əlamətidir, yoxsa hansısa karyera maraqları güdülür?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan hakimiyyətində qlobal mərkəzlərlə işləmək üçün məmurlar bölünüb: “İstər Avropa, istər ABŞ, istərsə də Rusiyadakı lobbi qruplarının təmsilçiləri var. Onların hamısının mesajları uyğun məmurlara çatdırılır. Məsələn, ABŞ-dakı erməni   lobbisinin maraqlarını xarici işlər naziri, təhlükəsizlik şurasının sədri və ciddi məsuliyyəti bölüşməyən parlament rəhbəri həyata keçirir. Onlar mövsumi olaraq dəyişir və lazımi mesajları verir. Buna görə də Nikol Paşinyan bir söz deyir, digər məmur onu təkzib edən fikir bildirir. Onların hamısından fərqlənən mövqeyi isə parlament rəhbəri ortaya qoyur. Bu baxımdan da, Alen Simonyanın ənənəvi Rusiya hücumları onun hakimiyyət bölgüsündəki məsuliyyətinin az olmasına bağlıdır. Bu, bir komanda oyunudur. Öz aləmlərində güya   balans güdürlər. Əslində bu, peşəkar yanaşma deyil, hamıya qarşı oynamaqdır. Belə yanaşmalar Ermənistana yaxşı heç nə vəd vermir. Alen Simonyanın Rusiya sərhədçiləri haqda söylədiyi ultimativ fikirlər, onların "Zvartnots" hava limanını təcili şəkildə tərk etməli olduğunu bu qədər kobud formada ifadə etməsi, heç şübhəsiz ki, Paşinyanla razılaşdırılıb. Oxşar tipli bəyanatların məhz məmurlar, yüksək çinli səlahiyyətlilər tərəfindən verilməsinin də səbəbi budur ki, Ermənistanın baş naziri mövcud durumda belə fikirləri özü dilə gətirməyə cəsarət etmir. Ona görə simonyanların, mirzoyanların ağzı ilə danışır, onların vasitəsilə incikliyini nümayiş etdirir, istiqamət götürdüyü yeni kursun anonsunu verir”.

Məhəmmədəli QƏRİBLİ





phrase_var_article.chosen
50
44
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close