AZ

Pul alacağı adam intihar etdiyi üçün qəbrinə od vurdu: Türkiyədə qəribə hadisə - FOTO/VİDEO

Türkiyədə yaşanan qəribə hadisə ölkədə gündəm olub. Belə ki, intihar edən şəxsin borclu olduğu dostu onun məzarına gedib, mərhumu söyüb və qəbrini yandırıb. Bütün bunları o, sosial şəbəkə hesabından canlı yayımlayıb.

Hadisə Aksarayda baş verib.

Məlumata görə, Abdullah Köse adlı şəxs səkkiz gün əvvəl intihar edib. Onun meyiti yerli çobanlar tərəfindən tapılıb. Polis araşdırmalardan sonra mərhumun özünə qəsd etdiyini təsdiqləyib.

Kösenin biznesi üçün təxminən 400 min lirə borc verən Aladdin Yöndemin bunu eşitdikdən sonra etdikləri isə ağla sığmır. Belə ki, o, borcun qaytarılması üçün vədələşdikləri gündə mərhumun məzarına gedib, onun qəbrini qazıb və “qaçmaq o qədər də asan deyil, səni yerin altında yandıracağam” deyib. Bundan sonra məzara yanar maddə tökərək yandırıb. O, həmçinin Abdullah Kösenin üzərində adının yazıldığı lövhəni də çıxararaq ocağa atıb.

“Hara qaçırsan? Qoy azan şahidim olsun, mənim pulumu belə yeyib gedə bilməzsən, üstündən xətt çəkmərəm. Mən ailəmin, övladlarımın ruzisini sənin yeməyin üçün vermədim”, - deyə o bildirib.

Canlı yayımı görən mərhum Abdullah Kösenin yaxınları dərhal hüquq-mühafizə orqanları əməkdaşlarını xəbərdar ediblər. Bundan sonra çox sayda polis qrupu qəbiristanlığa yollanıb, Aladdin Yöndemi yandırılan məzarın başında qəbri açarkən saxlayıb.

Onu çətinliklə sakitləşdirmək mümkün olub. Məzardakı yanğın polis və mühafizəçilər tərəfindən söndürülüb. Aksaray Bələdiyyəsi Qəbiristanlıqlar şöbəsi isə açılan məzarı yenidən bağlayıb.

Dindirilmək üçün polis bölməsinə aparılan A.Yöndem oradakı prosedurlardan sonra ədliyyə orqanları tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Mənbə: iha.com.tr

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
11157
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
6285
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
6246
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6072
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5980
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
5834
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4189
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
3974
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3861
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3699
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3646
Sabah 20 dərəcə isti olacaq
3223
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3023
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2828
Röyanın biabırçı videosu yayıldı
2759
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2694
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2598
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
2561
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2514
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2352