AZ

“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO

Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall”da terror aktı ilə bağlı iş üzrə 12-ci müttəhim - Tacikistan vətəndaşı Cumaxon Kurbonovu həbs edib.

Bu barədə məhkəmənin qərarından aydın olub.

“Kurbonov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatəti təmin edilsin”, - deyə məhkəmənin qərarında bildirilib.

Kurbonov mayın 22-dək həbsdə olacaq. İstintaqın müraciətinə bağlı qapılar arxasında baxılıb. Açıqlanan materiallara görə, Kurbonov Rusiyada qeyri-qanuni yaşayıb işləyirmiş. 

Məhkəmənin qərarı hələ qanuni qüvvəyə minməyib və ondan apellyasiya instansiyasına şikayət verilə bilər.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə bağlı cinayət işi açıb.

Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq) həlak olub. Hadisəni törədən terrorçular Tacikistan vətəndaşları Şamsidin Fariduni, Saidakrami Murodali Raçabalizoda, Dalercon Mirzoyev və Muhammadsobir Fayzov həbs olunublar. Onlar istintaq təcridxanasına göndəriliblər. Onları ömürlük həbs gözləyir

İstintaq davam edir.

Mənbə: TASS

Seçilən
81
46
Mənbələr
Şərh ()
Bağla