EN

®“Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib

®“Beyin

Martın 29-da Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Zəhra Vəzirova, həkimlər, reanimatoloqlar və tibb işçiləri iştirak ediblər.

Tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxış edərək, çox vacib və önəmli mövzuya həsr edilmiş bu tədbirin təşkili üçün Səhiyyə Nazirliyinin Transplantasiya Mərkəzinə və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinə təşəkkürünü bildirib.

Ceyhun Məmmədov 2021-ci ildə Azərbaycan alimi, tibb elmləri doktoru Fəxrəddin Cavadovun 70 illiyinə həsr olunmuş, daha sonra 2022-ci ildə beyin ölümünə həsr olunmuş belə bir tədbirin keçirilməsini, ötən il isə böyük marağa səbəb olan Dəyirmi masanın keçirilməsini də xatırladıb, qeyd edib ki, bu mövzu hazırda çox aktualdır və transplantologiyada beyin ölümü diaqnozunun nə vaxt, hansı hallarda və kim tərəfindən qoyulması çox mühüm məsələdir. Bu sahədə çoxlu suallar var ki, bugünkü seminarda bu barədə fikirlər səslənəcək, müzakirələr aparılacaq, insanları düşündürən suallar cavablandırılacaq. Ceyhun Məmmədov qeyd edib ki, son vaxtlar Transplantologiya Mərkəzinin mütəxəssislərinin səyləri nəticəsində beyin ölümü diaqnozu qoyulmağa başlayıb və artıq Mərkəzi Gömrük Hospitalında da belə bir diaqnoz qoyulub.

Daha sonra rəsmi hissədə çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri. Yeganə Abbasova və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin sədri, Zəhra Vəzirova da mövzunun aktuallığına dair fikirlərini bölüşərək, Tibbi Xidmət İdarəsinin rəhbərliyinə mühüm əhəmiyyətli mövzulara dair həyata keçirilən davamlı tibbi təhsil tədbirlərinə görə təşəkkür ediblər.

Rəsmi hissədən sonra seminarın elmi hissəsi öz işinə başlayıb. Elmi hissədə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq Dr. Mircəlal Kazımi “Beyin ölümü diaqnozunun klinik əhəmiyyəti”, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova “Beyin ölümünün diaqnostikası və təsdiq metodları”, Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Mehdi Əliyev “Beyin ölümü diaqnozunun qoyulmasına praktik yanaşma və təcrübəmiz” və Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Eldəniz Hüseynov “Beyin ölümü diaqnozunun təyinində instrumental diaqnostik müayinələrin yeri” mövzularında təqdimatlarla çıxış ediblər. Seminar zamanı auditoriyanı maraqlandıran suallar cavablandırılıb və real klinik hallara dair müzakirələr həyata keçirilib.

Ölkənin müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışan transplantoloq, anestezioloq-reanimatoloq, radioloq və ümumi cərrah ixtisasına malik həkimlər və rezidentlərin iştirak etdiyi seminar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
50
Sources
Comment ()
Close

Rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
35391
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24059
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18825
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14844
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
12336
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11597
Helikopterin qalıqları tapılıb
10982
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7712
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6858
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6367
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5648
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5431
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4618
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4332
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3825
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3313
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3041
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2317
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2241