Sevgililər dərman içib özlərini öldürdülər

Sverdlovsk vilayətinin Pışmin rayonunda iki yeniyetmə - 17 yaşlı Pavel T. və 18 yaşlı Anastasiya M. ölüb.

Popstar.az modern.az-a istinadən bildirir ki, ilkin məlumata görə, sevgili olan gənclər dərman həbləri qəbul etməklə həyatlarına son qoyublar.

Paşa və Nastya ötən il yayın axırlarından görüşməyə başlamışdılar. Ancaq Paşanın valideynləri bu münasibətin əleyhinəydilər", - oğlanın yaxın dostu deyib.

Digər mənbə bildirib ki, valideynlərin görüşmələrinə razılaşmadıqları səbəbindən onlar dəfələrlə intihara cəhd ediblər.

"Noyabr ayında onu güclü zəhərlənmə ilə toksikologiya mərkəzinə gətiriblər. O vaxt Nastyanı birtəhər ölümdən xilas ediblər. Dekabrın axırlarında isə qız Paşa ilə birlikdə xəstəxanaya düşüb. Sevgililər çox sayda analgin qəbul ediblərmiş", - oğlanın tanışı əlavə edib.

Taleyin acı istehzası odur ki, Paşanın valideynləri yerli xəstəxananın reanimasiya şöbəsində işləyirlər.

Yeniyetmələri Yeni ildə evə buraxıblar. Ancaq onlar qaçmaq qərarına gəliblər, 3 gün sonra qızla oğlanı Savina kəndində ovçu aşkar edib. Sevgililər artıq ölmüş vəziyyətdə olublar.

Tanışının sözlərinə görə, Pavel yazdığı məktubunda qarşılıqlı sevgidən bəhs edib. Onun istedadlı musiqiçi olduğu bildirilir.

Qız isə universitetdə təhsil alırdı. 

Popstar.az



  • AÇAR SÖZLƏR
PAYLAŞ