RU

2,8 milyonluq konserv şirkəti ləğv edilir - MƏNFƏƏT VƏ ZƏRƏRİNİ BÖLÜŞDÜRƏCƏK

“07” iyun 2024-cü il tarixdə saat 10:00-da “Lənkəran-Konserv” ASC-nin (dövlət qeydiyyatı № (VÖEN) 2600118231) səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, Lənkəran rayonu, Lənkəran şəhəri, Əli Bayramov küçəsi, 77 ünvanında baş tutacaq.

Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcəkdir:

1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzrə Cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiqi, mənfəət və zərərin bölüşdürülməsi.

2) Cəmiyyətin ləğvi.

3) Cəmiyyətin ləğvi ilə əlaqədar olaraq kollegial icra orqanı olan İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının) fəaliyyətinə xitam verilməsi, Ləğvetmə Komissiyası yaradılması və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin Ləğvetmə Komissiyasının sədrinə həvalə edilməsi.

4) Cəmiyyətin ləğv prosesində olmasına dair məlumatların kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi ilə bağlı məsələlər.

5) Cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər.

Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla iclas vaxtı yuxarıdakı ünvanda tanış ola bilərsiniz.

Səhmdarların ümumi yığıncağında şəxsiyyətinizi təsdiq edən sənədlə bilavasitə özünüzün və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndəniz vasitəsilə iştirakınız xahiş olunur.

Xatırladaq ki, "Lənkəran-Konserv" 7 oktyabr 1997-ci ildə yaradılıb. Şirkət 2 milyon 862 min 402 nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Vüqar Cəfərov Mirislam oğludur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
243
3
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38401
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24250
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19220
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14876
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14311
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11624
Helikopterin qalıqları tapılıb
11152
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
Abdullahianın cəsədi tapıldı - FOTO
7950
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7814
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6506
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5707
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5450
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4785
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4340
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3416
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3301
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2384