Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla sülh müqaviləsinin bütün bəndlərinin razılaşdırıldığını iddia etdi. Amma daha sonra erməni tərəfi bunu təkzib elədi. Nə baş verir? Prosesi bu səviyyədə manipuliyasiya etməkdə məqsəd nədir?
- Hazırda Ermənistan daxilində ziddiyyətli durum yaranıb. Verilən bəyanatlar da bu mənzərəni əks etdirir. Zamanla hər şey üzə çıxacaq. Həqiqət gec-tez bilinəcək.
- COP29-a qədər sülh sazişinin imzalanacağı ehtimal edilir. Artıq zaman da daralır...
- Hadisələrin üst-üstə düşməsi sülh prosesinə təkan kimi qiymətləndirilə bilər. Sənəddə öz əksini tapmış bir çox məsələlərin həlli və icrası isə gələcəkdə mümkün olacaq. Bəzi mövzulara aid danışıqlar davam etməlidir. Ona görə də, COP29 dövründə razılaşmaya imza atılması, nəzərdə tutulan məsələlərin həllini tapması demək deyil. Bu daha çox siyasi əhəmiyyət kəsb edən məsələlərdir. Konkret olaraq isə Azərbaycanla Ermənistan arasında olan məsələlərin həlli üçün uzun bir zaman lazım olacaq.
- Daha çox hansı məsələlərin uzaq perspektivdə həlli gözlənilir?
- Sülh razılaşmasında 3-4 bəndin həlli çətin və vaxt aparacaq prosesləri əhatə edir.