AZ

Zelenski Ukraynanın NATO-da olmasını istəməyən 4 ölkənin adını açıqlayıb

Hazırda NATO-nun dörd ölkəsi Ukraynanın Alyansa qoşulmasının əleyhinədir, lakin ABŞ prezidenti Donald Tramp bu qərarın əleyhdarlarına təsir edə bilər...

Poliqon xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Beynəlxalq Media Şurasının nümayəndələri ilə görüşündə deyib.

O qeyd edib ki, bəzi dövlətlər Ukraynanın NATO-da olacağını bəyan ediblər: "Lakin bu, yalan sözlərdir, çünki onilliklər keçib və Ukrayna heç vaxt NATO-ya üzv olmayıb. Bu, vicdansızlıqdır".

Prezidentin sözlərinə görə, Ukraynanın NATO-ya daxil olmasının əleyhdarları Rusiya Federasiyası ilə əvvəlki bəzi razılaşmalara müraciət edirlər.

"Niyə bizsiz birdən-birə bizim haqqımızda danışıqlar apardınız? Biz müstəqil ölkəyik. Mən başqalarının Ukraynaya olan hörmət səviyyəsini bərabərləşdirmək istərdim. Və biz təhlükəsizlik zəmanətləri üçün mübarizə aparırıq, NATO-da olmaq istəyirik, NATO ölkələrinin əksəriyyəti bizi dəstəkləyir", deyə o qeyd edib.

Zelenski əlavə edib ki, Ukrayna NATO-nun dörd ölkəsi - ABŞ, Almaniya, Slovakiya və Macarıstan tərəfindən dəstəklənmir:

"Lakin hər şey ABŞ-dan asılıdır və Tramp Ukraynanı NATO-da görməyə hazır olsa, biz NATO-da olacağıq, hamı lehinə olacaq. Əks halda, NATO-da olmayacağıq".

Poliqon.info

Seçilən
40
8
poliqon.info

9Mənbələr