AZ

Zelenski:ABŞ heç vaxt Ukraynanı NATO-da görmək istəməyib

Ukrayna prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransı zamanı deyib ki, Birləşmiş Ştatlar Ukraynanı heç vaxt NATO-da görməyib və onu alyansda görmək istəməyib.

Oxu24.com xəbər verir  ki, bu barədə  BBC telekanalı məlumat yayıb.

“Prezidentlər səviyyəsində danışıqlar zamanı NATO-da olacağımızı heç eşitməmişəm. Heç vaxt. Və bu Tramp üçün sual deyil. Bu, ABŞ siyasəti üçün sualdır”, - Zelenski qeyd edib.

Fevralın 14-də NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, münaqişə nəticəsində Ukraynaya heç vaxt alyansa üzvlük vəd edilməyib.

Onun sözlərinə görə, Qərb Kiyevi “danışıqlar başlamazdan əvvəl daha yaxşı mövqe” ilə təmin etməlidir. Eyni zamanda o qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması sülh sazişinin bir hissəsi olmayacaq. O əlavə edib ki, Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlarda əsas diqqət davamlı sülhə yönəlməlidir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların hələ başlamadığını vurğulasa da, respublikanın NATO-nun üzvü olmayacağına əminliyini ifadə edib.

Bundan əvvəl Ukrayna NATO-ya üzv olmaq kursundan əl çəkmək istəmədiyini bəyan edib.

 

Nigar

 

Seçilən
22
8
oxu24.com

9Mənbələr