ABŞ hakimiyyəti heç vaxt Kiyevə NATO-ya üzv olmağa dəvət vəd etməyib.
Müvafiq bəyanatı Münhen Təhlükəsizlik Konfransında çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski verib .
“Gəlin düzünü desək, ABŞ bizi NATO-da heç vaxt görmədi, onlar yalnız bu barədə danışdılar. ABŞ-nin [keçmiş] prezidenti [Co Bayden] səviyyəsində mən prezident olduğum müddətdə NATO-da olacağımızı heç eşitməmişdim".
Qeyd edək ki, 61-ci İllik Təhlükəsizlik Konfransı 2025-ci il fevralın 14-dən 16-dək Münhendə keçiriləcək.