AZ

Qızılın qiyməti tarixi REKORD QIRDI

Qızılın qiyməti cümə axşamı günü tarixi maksimuma çataraq ilk dəfə olaraq 1 troy unsiyası üçün 2850 dolları ötüb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 19:53-də "Comex" birjasında aprel qızıl fyuçersləri 1,89% (56,96 dollar) bahalaşaraq bir unsiya üçün 2 850,46 dollar təşkil edib.

Bundan əvvəl "Bloomberg", UBS-in proqnozuna istinad edərək 2025-ci ilin sonuna qədər birjada qızılın qiymətinin unsiya üçün 2900 dollara yüksələcəyini yazmışdı.

Ekspertlər əmindirlər ki, qızıl qiymətlərindəki artım tendensiyası 2025-ci ildə də davam edəcək, çünki metal iqtisadi və siyasi qeyri-sabitlik dövrlərində investorlar tərəfindən “təhlükəsiz sığınacaq” kimi görünməyə davam edəcək.

Seçilən
39
13
publika.az

10Mənbələr