Bu ilin yanvarın 1-nə Azərbaycanda regionlar üzrə manatla cəlb olunmuş əmanətlər 9,8 milyard manat təşkil edib.
FED.az barədə Mərkəzi Banka istinadən xəbər verir.
Əmanətlər üzrə orta faiz dərəcəsi 5,84% olub. Bununda orta faiz dərəcəsi 0,22% olmaqla 4,1 milyard manatı tələbli, orta faiz dərəcəsi 9,86% olmaqla 5,7 milyard manatı isə müddətli əmanətlərin payına düşüb.
Məlumata əsasən, ölkə üzrə manatla cəlb olunmuş əmanətlərin ən çoxu - 8,2 milyard manatı Bakı iqtisadi rayonunun payına düşüb ki, əmanətlər üzrə orta faiz dərəcəsi 5,64%-ə bərabər olub.
Dövr ərzində regionlar arasında bankda manatla əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 6,98% dərəcə ilə 434,2milyon manat pulu var.
Siyahıda üçüncü yerdə isə 204,5 milyon manat əmanət cəlbi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb. Burada orta faiz dərəcəsi 6,66% təşkil edib.
Ən az əmanət (416 min manat) isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.