2025-ci il fevral ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları təxminən 27,5 milyard manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ölkə üzrə ümumilikdə orta faiz dərəcəsi 13,19%-ə bərabər olub.
Bunun da 21 milyard manatı Bakı şəhərinin payına düşüb.
Bakıdan sonra ən çox kredit 1 milyard 81,1 milyon manat olmaqla Abşeron-Xızı iqtisadi rayonunun payına düşüb.
Gəncə-Daşkəsən iqtisadi rayonunda isə bu göstərici 816,6 milyon manat təşkil edib.
Ən az kredit isə 9,5 milyon manatdan bir qədər yüksək olmaqla Şərqi-Zəngəzur iqtisadi rayonunun payına düşüb.
Məlumata görə orta faiz dərəcəsi ən yüksək olan iqtisadi rayonlar Dağlıq-Şirvan (19,25%), Qarabağ iqtisadi rayonu (19,02%), Lənkəran-Astara (18,98%) və Mil-Muğan (18,92%) iqtisadi rayonları olub.
Ən aşağı orta-faiz dərəcəsi isə Bakı iqtisadi rayonunda (11,85%) qeydə alınıb. Bakıdan sonra ən ucuz kreditlər 14,31% olmaqla Naxçıvan iqtisadi rayonunda olub.
Manatla ən baha kredit verilən iqtisadi rayonlar Dağlıq-Şirvan (19,30%), Şirvan Salyan (19,28%), Qarabağ iqtisadi rayonu (19,06%), və Lənkəran (19,01%) iqtisadi rayonları olub.
Ən ucuz kreditlər isə Bakı iqtisadi rayonunda (13,46%) verilib. Bakıdan sonra ən ucuz kreditlər 14,32% olmaqla Naxçıvan iqtisadi rayonunda olub.
Sərbəst dönərli valyutada ən baha kreditlər Lənkəran-Astara (7,60%), Dağlıq-Şirvan (7,32%) və Quba-Xaçmaz (6,66%) iqtisadi rayonları olub.
Ən ucuz kreditlər isə Mil-Muğan iqtisadi rayonunda (3,97%) qeydə alınıb.
Daha ətraflı aşağıdakı cədvəldə:
Regionların adı | Cəmi (min manat) | orta % |
Abşeron-Xızı iqtisadi rayonu | 520 788 | 6,29% |
Gəncə-Daşkəsən iqtisadi rayonu | 235 177 | 6,15% |
Qazax-Tovuz iqtisadi rayonu | 110 475 | 6,02% |
Quba-Xaçmaz iqtisadi rayonu | 138 748 | 5,59% |
Mərkəzi Aran iqtisadi rayonu | 123 797 | 5,53% |
Lənkəran-Astara iqtisadi rayonu | 131 786 | 5,36% |
Dağlıq Şirvan iqtisadi rayonu | 43 713 | 5,35% |
Qarabağ iqtisadi rayonu | 91 826 | 4,87% |
Şəki-Zaqatala iqtisadi rayonu | 126 492 | 4,65% |
Azərbaycan Respublikası | 14 698 654 | 4,50% |
Bakı iqtisadi rayonu | 12 977 758 | 4,36% |
Şirvan-Salyan iqtisadi rayonu | 71 004 | 4,33% |
Naxçıvan iqtisadi rayonu | 74 278 | 3,74% |
Mil-Muğan iqtisadi rayonu | 52 310 | 3,51% |
Şərqi Zəngəzur iqtisadi rayonu | 503 | 2,70% |