AZ

Azərbaycanda ən ucuz kredit verən - 5 İQTİSADİ RAYON

2025-ci il fevral ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları təxminən 27,5 milyard manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Ölkə üzrə ümumilikdə orta faiz dərəcəsi 13,36%-ə bərabər olub.

Ən aşağı kredit 8,9 milyon manat olmaqla Şərqi-Zəngəzur iqtisadi rayonunun payına düşüb.

Bu iqtisadi rayondan sonra növbəti aşağı göstərici Dağlıq-Şirvan iqtisadi rayonunda qeydə alınıb. Region üzrə kreditlərin ümumi məbləği 186 milyon manat təşkil edib. Bu iqtsadi rayon həcmcə ən az krediti ən baha faiz dərəcəsi ilə 19,36% olmaqla verib

Mil-Muğan iqtisadi rayonunda isə bu göstərici 300,2 milyon manat təşkil edib. 

Naxçıvan iqtisadi rayonunda kreditlərin həcmi 420,9 milyon manata bərabər olub.

Şirvan-Salyan iqtisadi rayonu üzrə verilmiş kreditlərin həcmi 431,7 milyon manat təşkil edib.

Məlumata görə orta faiz dərəcəsi ən aşağı olan iqtisadi rayonlar Bakı iqtisadi rayonunda (12,04%) qeydə alınıb. Bakıdan sonra ən ucuz kreditlər 14,65% olmaqla Naxçıvan iqtisadi rayonunda olub.

Şərqi Zəngəzur iqtisadi rayonunda 15,69%-ə, Şərqi Zəngəzur iqtisadi rayonunda 15,90%-ə Şəki-Zaqatala iqtisadi rayonunda 17,17%-ə bərabər olub.

Seçilən
1
1
fed.az

10Mənbələr