Bakı. Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuzsaxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, yanvarın 31-də polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 4 qumbara, 1pulemyot, 5 alışdırıcı, 6 tüfəng, 6 patron darağı və 246 ədədmüxtəlif çaplı patron aşkar edərək götürüblər.