Bakı. Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuzsaxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, fevralın 7-də polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 1qumbara, 10 tüfəng, 12 patron darağı və 371 ədəd müxtəlif çaplıpatron aşkar edərək götürüblər.