AFFA İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında baş katib vəzifəsinə Cahangir Fərəcullayevin təyin olunması ilə bağlı qərar qəbul edilib.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb və fərqlənmə diplomlarla bitirib.
O, 2004-19-cu illərdə Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil konsultant kimi çıxış edib.
2019-20 illərdə “Caspiantech” şirkətinin baş direktoru olub. 2021-ci ildən 2025-ci ilə qədər “Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətinin baş direktoru vəzifəsində çalışıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta