AZ

AFFA-nın baş katibi vəzifəsinə yeni təyinat reallaşıb

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında baş katib vəzifəsinə Cahangir Fərəcullayevin təyin olunması ilə bağlı qərar qəbul edilib.

Demokrat.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb və fərqlənmə diplomlarla bitirib.

O, 2004-2019-cu illərdə Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil konsultant kimi çıxış edib.

Seçilən
17
21
demokrat.az

10Mənbələr