AZ

AFFA-nın yeni baş katibi kimdir? – Dosye

AFFA-nın baş katibi Sərxan Hacıyev bu postdan ayrılıb. 

Medianews.az Sportinfo.az-a istinadən xəbər verir ki, S.Hacıyev federasiya rəhbərliyi ilə aralarında yaranan narazılığa görə postunu tərk edib.

Onun istefasının yaxın saatlarda açıqlanacağı bildirilir.

AFFA-nın Mətbuat xidməti isə “Qafqazinfo”ya açıqlamasında xəbəri təkzib edib: “Bu, yanlış məlumatdır”.

***

Futbolinfo.az isə istefa verən Sərxan Hacıyevi Cahangir Fərəcullayevin əvəz edəcəyini yazıb.

***

Cahangir Fərəcullayevin baş katib vəzifəsində təyinatı rəsmiləşib. Sərxan Hacıyev isə AFFA-da icraçı vitse-prezident kimi vəzifəsini davam etdirəcək.

“Qafqazinfo”nun məlumatına görə, Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb.

O, 2004-2019-cu illərdə Deniz Service, Engin, Gametv Prodüser Mərkəzi, AGBank, Novartis, Sandoz və JTI Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil məsləhətçi kimi çıxış edib.

2019-2020 illərdə “Topaz” şirkətinin baş direktoru olub. 2021-ci ildən indiyə qədər “Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətində baş direktor vəzifəsində çalışıb.

Cahangir Fərəcullayev vəzifəsinin icrasına bu gündən etibarən başlayacaq.

Seçilən
15
3
medianews.az

10Mənbələr